Menu

ZƏBUR 142

BSA

1 Rəbbə fəryad qoparıb haray salıram, Rəbbə yalvararaq haray salıram.

2 Hüzuruna şikayətimi tökürəm, Qarşısında əziyyətimi söyləyirəm.

3 Ruhdan düşəndə hansı yolda olduğumu bildin, Yolumda gizli tələ qurublar.

4 Sağıma bax, Özün gör, heç kim məni saymır, Pənah yerim yoxdur, Heç kim qayğıma qalmır.

5 Ya Rəbb, Sənə fəryad edərək dedim: «Pənahım Sənsən, Dirilər arasında Sən mənim nəsibimsən».

6 Qulaq as fəryadıma, Nə qədər alçaldılmışam! Məni təqib edənlərdən qurtar, Çünki onlar məndən güclüdür.

7 Canımı zindandan qurtar, Qoy isminə şükür edim! Onda salehlər məni əhatə edəcək, Çünki mənə comərdlik etdin!

Everything we make is available for free because of a generous community of supporters.

Donate