Menu

ZƏBUR 141

BSA

1 Ya Rəbb, Səni çağırıram, tez imdadıma yetiş, Fəryad edərkən səsimi eşit!

2 Qoy hüzurunda dualarım buxur kimi, Açılan əllərim axşam qurbanı kimi qəbul olunsun!

3 Ya Rəbb, ağzıma nəzarətçi qoy, Dodağımın qapısını qoru.

4 Qoyma qəlbim şərə meyl etsin, Şər iş görənlərə qoşulub mən də pis iş görməyim, Pislərlə birgə onların ləziz yeməklərindən yeməyim.

5 Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər, Bundan imtina etmərəm, sanki başıma çəkilən yağdır. Daim pislərin şərinə qarşı dua edərəm.

6 Hakimləri yarğandan atılarkən Qoy xalq sözlərimi eşitsin, şirinliyini bilsin.

7 Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimi Sümüklərimiz ölülər diyarının qapısına səpilib.

8 Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm, Məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm.

9 Şər iş görənlərin tələsindən, Onların qurduğu cələdən məni qoru.

10 Qoy pislər öz torlarına düşsün, Mən də yolumu salamat keçib-gedim.

Everything we make is available for free because of a generous community of supporters.

Donate