Menu

ZƏBUR 124

BSA

1 İndi İsrail söyləsin: Rəbb tərəfimizi saxlamasaydı,

2 Bizə qarşı insanlar qalxarkən Rəbb tərəfimizi saxlamasaydı,

3 Bizə qarşı qəzəblərindən yanarkən Bizi diri-diri udardılar,

4 Sular bizi yuyub-aparardı, Sellər üstümüzü basardı,

5 Azğın sular üstümüzü basardı.

6 Alqış olsun Rəbbə! O bizi onların dişlərinə ov etmədi.

7 Bizi ovçunun tələsindən bir quş kimi qurtardı, Tələ qırıldı, canımız azad oldu.

8 Bizə Rəbbin adından, Göyləri və yeri yaradandan yardım gəlir.

Everything we make is available for free because of a generous community of supporters.

Donate