Menu

ZƏBUR 123

BSA

1 Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm.

2 Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik.

3 Bizə rəhm et, ya Rəbb, rəhm et! Çünki təhqirlərdən doymuşuq.

4 Laqeydlərin rişxəndləri, Təkəbbürlülərin təhqirləri bizi cana doydurdu.

Everything we make is available for free because of a generous community of supporters.

Donate