Menu

ZƏBUR 82

BSA

1 Allah Öz toplantısında durub, Hökmünü verərək allahlar arasında deyir:

2 «Nə vaxtadək nahaq hökm verəcəksiniz, Pislərə tərəfkeşlik edəcəksiniz? Sela

3 Yoxsulun və yetimin işinə ədalətlə baxın, Məzlumun və fəqirin haqqını verin.

4 Yoxsul və möhtacları qurtarın, Pislərin əlindən onları azad edin.

5 Nə bilirsiniz, nə də ki anlayırsınız! Yerin təməlləri sarsılır, qaranlıqda dolanırsınız.

6 Demişəm: “Siz allahlarsınız, Hər biriniz Haqq-Taala övladlarısınız”.

7 Lakin insan kimi öləcəksiniz, Adi bir hökmdar kimi torpağa düşəcəksiniz».

8 Ey Allah, qalx, dünyaya hakim ol, Çünki bütün millətlərə Sən sahib olacaqsan!

Everything we make is available for free because of a generous community of supporters.

Donate