Menu

ZƏBUR 75

BSA

1 Ey Allah, biz Sənə şükür edirik, Bizə doğma olan isminə şükür olsun, Xariqələrin bunu bəyan edir!

2 Allah deyir: «Müəyyən etdiyim zaman Mən insafla hakimlik edəcəyəm.

3 Yer və üzərindəkilər lərzəyə gələrkən Onu saxlayıb sütunlarından tutan Mənəm. Sela

4 Məğrurlara dedim: “Daha məğrurluq etməyin”, Pislərə dedim: “Gücünüzü göstərməyin,

5 Buynuz çıxartmayın, Dikbaş-dikbaş danışmayın”».

6 İnsanı yüksəltmək Nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir.

7 Hökm verən Allah isə Həm alçaldır, həm yüksəldir.

8 Rəbb əlində bir cam tutub, Onu ədviyyatlı, köpüklənən şərabla doldurub. Şərabından töküb dünyanın bütün pislərinə paylayacaq, Onlar da şərabı dibinə qədər içib-qurtaracaq.

9 Mənsə daim bunu elan edəcəyəm, Yaqubun Allahına tərənnüm oxuyacağam.

10 Pis adamların buynuzları qırılacaq, Amma salehlərin qüvvəti artacaq.

Everything we make is available for free because of a generous community of supporters.

Donate