Menu

ZƏBUR 67

BSA

1 Lütf edib, ey Allah, bizə xeyir-dua ver, Üzün üstümüzə nur saçsın. Sela

2 Qoy yer üzündə Sənin yolun, Bütün millətlər arasında qurtuluşun tanınsın.

3 Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin.

4 Qoy ümmətlər sevinclə Səni mədh etsin, Çünki xalqlara insafla hökm edirsən, Yer üzündəki ümmətlərə yol göstərirsən. Sela

5 Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin.

6 Yer üzü bəhrəsini verib, Allah, bizim Allahımız bizə bərəkət verib.

7 Allah bizə xeyir-dua verib. Qoy yer üzünün qurtaracağınadək hər yerdə olanlar Ondan qorxsun!

Everything we make is available for free because of a generous community of supporters.

Donate