Menu

ZƏBUR 54

BSA

1 Ey Allah, isminlə məni qurtar, Qüvvənlə mənə bəraət ver.

2 Ey Allah, mənim duamı dinlə, Dilimdən çıxan sözlərə qulaq as.

3 Yadellilər əleyhimə qalxıblar, Zalımlar canımı almaq üçün məni axtarırlar, Heç Allaha baxmırlar. Sela

4 Budur, Allah mənə kömək edir, Xudavənd ömrümə dayaq olur.

5 O bu şəri düşmənlərimə tərəf döndərəcək. Mənim sadiq Allahım, düşmənləri yox et!

6 Sənə könüllü qurban kəsəcəyəm, Ya Rəbb, gözəl isminə şükür edəcəyəm!

7 Məni hər darlıqdan xilas etdin, Gözüm düşmənlərimin məhvini gördü.

Everything we make is available for free because of a generous community of supporters.

Donate