ZƏBUR 52
BSA1 Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər? Sonsuzdur Allahın məhəbbəti.
2 Ey hiyləgər, dilin insanı məhv edir, İti ülgüc kimi kəsir.
3 Yaxşılıqdan çox yamanı, Doğru sözdən çox yalanı sevirsən. Sela
4 Ey hiyləgər dilli, Məhvedici sözləri çox sevirsən!
5 Allah səni əbədilik qıracaq, Yaxandan yapışaraq evindən çölə atacaq, Dirilər arasından kökünü qoparacaq. Sela
6 Salehlər buna baxıb qorxacaqlar, Gülə-gülə belə deyəcəklər:
7 «Bu adam Allaha pənah gətirmədi, Öz bol sərvətinə güvəndi, Başqalarını məhv edərək gücləndi».
8 Amma mən Allahın evində Yaşıl zeytun ağacına bənzərəm, Daima, əbədilik Allahın məhəbbətinə güvənirəm.
9 Sənin gördüyün işlərə görə daim şükür edirəm, Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram!
