Menu

ZƏBUR 129

BSA

1 Qoy İsrail söyləsin: «Mənə gəncliyimdən bəri əzab verdilər.

2 Bəli, gəncliyimdən bəri mənə əzab verdilər, Lakin məğlub edə bilmədilər.

3 Elə bil kürəyimdə kotan sürüblər, Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər.

4 Rəbb isə adildir, Pislərin buxovlarını qırdı».

5 Siona nifrət bəsləyənlərin hamısı Qoy xəcalət içində geri qovulsun!

6 Qoy cücərmədən solsunlar, Damda bitən ot kimi olsunlar!

7 O, biçinçinin ovcunu, Dərz bağlayanın qucağını doldurmaz!

8 Yoldan keçən onlara belə deməz: «Rəbb sizə xeyir-dua versin, Sizə Rəbbin ismi ilə alqış olsun!»

Everything we make is available for free because of a generous community of supporters.

Donate