Menu

ZƏBUR 12

BSA

1 Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb, Bəşər övladları arasında vəfalılar qurtarıb.

2 Hər kəs başqasına yalan söyləyir, Ağzı yalan danışır, ikiüzlülük edir.

3 Qoy Rəbb yalan danışan hər ağzı yumsun, Hər lovğa dili kəssin!

4 Onlar deyir ki, biz dilimizlə zəfər çalacağıq. Bu ağız bizdədirsə, kim bizə ağalıq edə bilər?

5 Rəbb deyir: «İndi qalxacağam, Çünki fəqirlərə zülm edilir, Məzlumlar nalə çəkir, qurtuluş istəyir. Mən bunu onlara verəcəyəm».

6 Rəbbin kəlamları pakdır, Kürədə əridilən, yeddi dəfə təmizlənən gümüş kimidir.

7 Sən, ya Rəbb, onları qoru, Bu nəsildən onların hər birini əbədilik hifz et.

8 Bəşər övladları arasında namərdlik artarkən Hər yanda pislər gəzər.

Everything we make is available for free because of a generous community of supporters.

Donate