Menu

ZƏBUR 110

BSA

1 Rəbb mənim Ağama dedi: «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur».

2 Rəbb Siondan Sənin qüdrətli əsanı göndərəcək, Düşmənlərinin üzərində sənə hökmranlıq verəcək.

3 Döyüşəcəyin gün xalqın könüllü olaraq sənə qoşulacaq, Gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək.

4 Rəbb and içdi, qərarını dəyişməz: «Sən Melkisedeq vəzifəli əbədi bir kahinsən».

5 Xudavənd sənin sağ tərəfindədir, Qəzəb günündə padşahları qıracaq.

6 Millətlərin hökmünü verəndə cəsədləri hər yeri bürüyəcək, O bütün ölkələrin başçılarını əzəcək.

7 Yol kənarında olan vadidən su içəcək, Buna görə güclənib yüksələcək.

Everything we make is available for free because of a generous community of supporters.

Donate