Menu

ƏYYUB 25

BSA

1 Şuahlı Bildad belə cavab verdi:

2 «Səltənət və zəhm Allaha məxsusdur, Uca göylərdə nizam quran Odur.

3 Orduları saya gələrmi? İşığı kimin üzünə doğmaz?

4 Fani insan Allah qarşısında necə saleh ola bilər? Qadından doğulan necə təmiz ola bilər?

5 Bax Onun gözündə ay belə, parlaq deyilsə, Ulduzlar belə, pak deyilsə,

6 Torpaq qurduna bənzər fani insan necə ola bilər? Axı bəşər oğlu bir cücüyə bənzər».

Everything we make is available for free because of a generous community of supporters.

Donate