Menu

YEŞAYA 4

BSA

1 O gün yeddi qadın Bir kişinin yaxasından tutub belə deyəcək: «Öz çörəyimizi yeyib öz paltarımızı geyinərik, Təki adın üstümüzdə olsun, Bizi xəcalətdən qurtar».

2 O gün Rəbbin Pöhrəsi gözəl və əzəmətli olacaq, İsrail xalqından xilas olub sağ qalanlar torpağın verdiyi bəhrə ilə fəxr edib şərəflənəcəklər.

3 Sionda, yəni Yerusəlimdə sağ qalanlara, orada qeyd olunub yaşayanlara «müqəddəs» deyiləcək.

4 Xudavənd Sion qızlarının murdarlığını yuyan zaman ədalət və alov ruhu ilə Yerusəlimi günahlı qandan təmizləyəcək.

5 Sonra Rəbb Sion dağının hər yanını, orada toplananların üzərini gündüz bulud və tüstü, gecə isə parlaq alovla örtəcək. Həqiqətən, əzəmətli şəhərin üzərinə örtük olacaq.

6 Bu bir çardaq olub gündüz qızmar istidə kölgə olacaq, fırtına ilə yağışa qarşı sığınacaq və daldalanma yeri olacaq.

Everything we make is available for free because of a generous community of supporters.

Donate